"Nüvə silahından ilk istifadə edən şəxs lənətlənəcək".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Polşa prezidenti Anjey Duda Rusiya Federasiyasının nüvə doktrinasına dair dəqiqləşdirmələri şərh edərkən deyib.
"Putin də öz generalları kimi yaxşı bilir ki, kim nüvə silahından birinci istifadə edirsə, lənətlənir", - Polşa prezidenti ifadə edib.
Rusiyanın nüvə doktrinasındakı dəyişiklikləri qiymətləndirən Duda qeyd edib ki, Moskva bu sənəddə “uzun illər yazılanları təkrarlayır”.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin daha əvvəl Rusiyanın nüvə silahından istifadə şərtlərini müəyyən etmək üçün bir sıra dəyişikliklərin edilməsini təklif edib.
Gülayə Mecid