Rusiyalı həkimlər insanı 17 növ xərçəngdən qoruyan içkinin adını çəkiblər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə həkim Sergey Aqapkin və dietoloq Oleq Krivçenkov məlumat paylaşıb.
Həkimlər zoğal suyunun bu xüsusiyyətə malik olduğunu bildiriblər. Krivçenkov bildirib ki, zoğal suyu orqanizmi 17 növ xərçəngdən qoruyur. Mütəxəssisin fikrincə, içkinin qəbulu qida borusu, mədə, yoğun bağırsaq, prostat vəzi, qlioblastoma, limfoma və digər növ xərçənglərin inkişaf riskini azaldır.
Agapkin isə izah edib ki, zoğal suyu müxtəlif təsir mexanizmlərinə malik çoxlu sayda bioloji aktiv maddələr ehtiva edir. Nümunə olaraq həkim giləmeyvə suyunun mədə xərçənginə səbəb olan Helicobacter pylori bakteriyasına təsirini göstərib.
"Zülal bu bakteriyanın fəaliyyətini maneə törədir. Onun mədə xərçənginin xəbərçisi olduğunu nəzərə alsaq, onun məhv edilməsi və ya basdırılması bu xəstəliyin riskinin azalmasına gətirib çıxarır”, - deyə həkim qeyd edib.
Gülayə Mecid