"Azərbaycanda qəbul edilən qərarları şərh edə bilmərəm".
"Unikal" xəbər verir ki, bunu Qarabağda ləğv edilmiş separatçı rejimin sonuncu lideri Samvel Şahramanyan deyib.
O, separatçıların digər hərbi və siyasi liderlərinin Azərbaycan tərəfindən həbs edildiyini, amma özünün niyə tutulmadığı ilə bağlı suala belə cavab verib: "İnsanların həbsi ilə bağlı qərarları azərbaycanlılar verib. Mənim vaxtımda həbs qərarının niyə verilmədiyini bilmirəm. Düşünürəm ki, zamanla bunun cavabını alacağıq".
Ağarza Elçinoğlu