ABŞ İsrailə 8,7 milyard dollardan çox əlavə hərbi yardım göndərəcək.

"Unikal" xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.

Bu pulun 3 milyarddan çoxunun İsrail ordusunun cari ehtiyaclarına, qalanının isə Dəmir Günbəz və yeni lazer raketdən müdafiə sistemi də daxil olmaqla hava hücumundan müdafiənin gücləndirilməsinə xərclənəcəyi qeyd edilir.

Gülayə Mecid