Kiratsda baş verən sərhədin demarkasiyası prosesi tamamilə qanuni olub.
"Unikal" xəbər verir ki, bu barədə Erməbistanın baş naziri Nikol Paşinyanın müavini Mher Qriqoryan deyib.
"Kitantsda demarkasiya prosesi tamamilə qanuni olub, prosesdə heç bir ziddiyyət yoxdur. 18 aprel protokolunu və imzalanmış əsasnaməni çox diqqətlə oxusanız, əlaqəni hiss edəcəksiniz və prosesdə heç bir ziddiyyət olmadığını anlayacaqsınız", - deyə Qriqoryan açıqlayıb.
Sərhədin hansı hissəsində demarkasiya prosesinin davam etdiriləcəyi ilə bağlı razılığın olub-olmaması ilə bağlı suala Qriqoryan bildirib: "Hələ demarkasiyanın növbəti mərhələsi ilə bağlı qərar yoxdur. Biz daxili qaydaları tamamlamalıyıq".
Ağarza Elçinoğlu