Almaniya və Türkiyənin xarici işlər nazirləri Bakı və İrəvan arasında sülhə nail olmaq üçün atılan addımları müzakirə ediblər.
"Unikal" xəbər verir ki, bu barədə Almaniya XİN-in X səhifəsində qeyd olunub.
Almaniyanın XİN rəhbəri Annalena Berbok bildirib ki, Türkiyə qonşuluqda sülhün bərqərar olunmasında mühüm vasitəçidir: "Türkiyə Ermənistanla Azərbaycan arasında tarixi sülhün bərqərar olmasına töhfə verə bilər".
Qeyd olunub ki, Hakan Fidan və Berbokun görüşündə bu istiqamətdə konkret addımlar müzakirə olunub.
Ağarza Elçinoğlu