Amerikanın beşinci nəsil F-35A Lightning II qırıcılarından ibarət qrup Yunanıstanın Andravida bazasına gəlib. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı Komandanlığı məlumat yayıb.

Qeyd olunur ki, təyyarələr NATO-nun Ramstein Flag 2024 təlimində iştirak etmək üçün Yunanıstandadır. 

Təlimlər NATO-nun Birgə Hava Komandanlığının rəhbərliyi altında sentyabrın 30-dan oktyabrın 11-dək keçiriləcək. Təlimdə Şimali Atlantika Alyansına üzv olan 12 ölkənin hərbi hava qüvvələri iştirak edəcək.

Ağarza Elçinoğlu