"Avropa zəif iqtisadi siyasət və dünyanın bloklara bölünməsi səbəbindən intihara doğru gedir".
"Unikal" xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
"Düşünürəm ki, Avropa Asiyanın artan təsirinə və iqtisadi bloklar yaratmaqda öz çətinliklərinə cavab olaraq intihar yolundadır, kifayət qədər qısa yoldur”, - Orban deyib.
O, həmçinin belə bir fikri ifadə edib ki, ölkələr başqalarının işinə qarışmaq, qadağalar və sanksiyalar yolu ilə getdikdə “indiki anın iqtisadi dinamizmini” itirirlər.