Husilər modernləşdirilmiş Fələstin 2 ballistik raketindən istifadə edərək Təl-Əvivə hücum ediblər.
"Unikal" xəbər verir ki, bu barədə Husi ordusunun sözçüsü Yəhya Sariya açıqlayıb.
"Yəmən Silahlı Qüvvələri hərbi əməliyyat keçirərək, İsrail düşməninə məxsus hərbi hədəfi Fələstin 2 ballistik raketi ilə vurub", - deyə məlumatda bildirilir.
İsrail mediası da Yəməndən edilən hücumu dəf etdiyini bildirib. Eyni zamanda qeyd olunub ki, sığınacağa gedən yolda yaranan izdiham zamanı 17 nəfər xəsarət alıb.
Ağarza Elçinoğlu