27 Sentyabr - Anım Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
"Unikal" xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Zəfər parkının girişində xatirə daşının önünə gül dəstələri düzülüb, qəhrəman Vətən övladları dərin hörmət və ehtiramla anılıb.