"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinə aparan sazişin imzalanmasına ümid var".
"Unikal" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio brifinqdə deyib.
Onun sözlərinə görə, prezident Tramp sülhə sadiqdir və bu, ABŞ-nin Hindistan-Pakistan münaqişəsinə müdaxiləsi onu dayandırdıqda nümayiş etdirilib. Eyni sözləri Kamboca və Tailand haqqında da demək olar.
"Ermənistan və Azərbaycana gəlincə, ümid edirəm ki, biz cümə günü sülh müqaviləsinin başlanğıcı olacaq sazişi imzalamaq üçün burada olacağıq", - Rubio bildirib.
Xatırladaq ki, bu gün Vaşinqtonda ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyanı və Azərbaycan prezidenti İlham Əliyevi qəbul edəcək.
Gülayə Mecid