Harri Potter filmində professor Makqonaqall rolu ilə məşhurlaşan aktrisa Meqqi Smit 89 yaşında vəfat edib. 

"Unikal" xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. 

Britaniyalı aktrisanın ölümü ilə bağlı məlumatı övladları da təsdiqləyib. O, həyatının son günlərini Vestminster Xəstəxanasında keçirib. İki dəfə Oskar mükafatı laureatının son rolu onun İrlandiyadan Fransanın müqəddəs Lurd şəhərinə həcc ziyarətindən bəhs edən “Möcüzə klubu” filmindəki baş qəhrəman idi.

Ağarza Elçinoğlu