Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ prezidentliyinə namizəd Donald Trampla Nyu-Yorkdakı qülləsində görüşü bir saata yaxın davam edib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Ukrayna nümayəndə heyətinin korteji ciddi təhlükəsizlik tədbirləri altında "Tramp Tower"dən ayrılıb və Zelenski ilə Tramp arasında danışıqlar təxminən bir saat sonra yekunlaşıb.

*** 18:32

Ukrayna prezidenti Volodimir Zelenski Nyu-Yorkda Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampla görüşüb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, görüş Manhettenin mərkəzindəki "Trump Tower"də keçirilir.

Tramp Zelenski ilə görüşü zamanı bildirib ki, seçkilərdə qalib gəlsə, Ukraynada sülhə nail olmaq üçün demokratlarla əməkdaşlığa hazırdır.

O, andiçmə mərasimindən əvvəl də Ukrayna münaqişəsinin hər iki tərəfi üçün “yaxşı” həll yolu tapacağına vəd verib.