Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

XXX

20:48

Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində yaralananların sayı 10 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 5 nəfər həlak olub.

"Dağıstanda qurbanların sayı 15-ə çatıb. Onlardan biri uşaq olmaqla, beş nəfər ölüb", - məlumatda deyilir.

*** 19:42

Yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 4 əfər yaralanıb.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, ölənlər arasında məktəbdən evə qayıdan məktəbli də var.

Daha bir uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri və yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

*** 19:21

Dağıstanın paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

"Unikal" xəbər verir ki, şəhər meriyası partlayış nəticəsində ölən və yaralıların olduğunu açıqlayıb.

Respublikanın səhiyyə nazirliyi yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 4 nəfərin həlak olduğu haqqında məlumat yayıb.