Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları ölkə prezidenti Kasım-Jomart Tokayevin kortejinin getməli olduğu marşrutu yoxlayarkən silah deposu aşkar ediblər.
"Unikal" xəbər verir ki, bu barədə respublika Daxili İşlər Nazirliyinin "Telegram" kanalında məlumat verilib.
Açıqlamada obyektin Türküstan bölgəsində yerləşdiyi dəqiqləşdirilir. Burada atıcı silahlar aşkarlanıb.
“Faktla bağlı cinayət işi açılıb”, - deyə nazirliyin məlumatında deyilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda bir sıra zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. "Digər məlumatlar istintaqın maraqları baxımından açıqlanmır", - Qazaxıstan Daxili İşlər Nazirliyi əlavə edib.