İsrail Hərbi Hava Qüvvələri Livanın "Hizbullah" hərəkatının Beyrutdakı Dahiya rayonunun mərkəzi hissəsində yaşayış binalarının altında yerləşən əsas qərargahına hədəfli hava zərbəsi endirib.
"Unikal" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü briqada generalı Daniel Hagari fövqəladə brifinqdə bildirib.
“İDF indicə "Hizbullah" terror təşkilatının qərargahına hədəfli zərbə endirib. Bu obyekt xüsusi olaraq Dahiyənin mərkəzində yaşayış binaları üçün tikilib”, - deyə Həcəri qeyd edib.
İsrail Ordusu hazırda "Hizbullah"ın baş katibi Həsən Nəsrullahın zərbə zamanı təşkilatın mərkəzi qərargahında olub-olmadığını araşdırır.