İranın ali dini lideri Əli Xamenei öz iqamətgahında İranın Ali Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə "New York Times" iki İran rəsmisinə istinadən məlumat yayıb.
“Görüş "Hizbullah" lideri Həsən Nəsrullaha qarşı İsrailin Beyruta endirdiyi zərbəyə cavab olaraq təşkil edilib”, - deyə məlumatda bildirilir.