Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü baş tutub.
"Unikal" xəbər verir ki, üç ölkənin xarici siyasət idarələrinin rəhbərləri - Sergey Lavrov, Abbas Araqçı və Hakan Fidan Suriyada və onun ətrafında vəziyyətin inkişafı ilə bağlı hərtərəfli fikir mübadiləsi aparıblar.
Suriyada vəziyyətin bu ölkənin suverenliyinə, birliyinə və ərazi bütövlüyünə hörmət əsasında hərtərəfli nizamlanmasına kömək etmək üçün Astana prosesində iştirak edən qarant ölkələrinin birgə səylərini davam etdirmək niyyəti təsdiqlənib.