İranın ali ruhani lideri Seyid Əli Xamenei "Hizbullah"a rəhbərlik edən Həsən Nəsrullahın öldürülməsindən sonra müsəlmanları İsrailə qarşı birləşməyə çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
"Bütün müsəlmanlar qürurla Livan xalqının və "Hizbullah"ın yanında olmağa və bütün imkanları ilə ona kömək etməyə borcludurlar", - Xamenei bildirib.
Nəsrullahın ölümü ilə bağlı xəbərlərdən sonra Xamneyinin gücləndirilmiş təhlükəsizlik yerə köçürüldüyü də qeyd olunub.
Ağarza Elçinoğlu