Rusiyanın Samara vilayətində dəmir yolu körpüsündə güclü partlayış baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə Samara vilayətinin rəhbərliyi məlumat yayıb. 

Hadisə Kinel şəhəri yaxınlığındakı körpüdə (1136-cı kilometr) baş verib. Partlayış nəticəsində körpü yararsız vəziyyətə düşüb. 

Fövqəladə vəziyyətlə əlaqədar qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. Hökumətin mətbuat xidməti insan tələfatının olmadığını bildirib. 

Hazırda təhlükəsizlik əməkdaşları hadisə yerindədir.

Ağarza Elçinoğlu