İsrail ordusunun endirdiyi zərbələr nəticəsində Qəzzada həlak olan fələstinlilərin sayı 41 min 595 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Ümumilikdə 96 251 insan zərər çəkib.
Yalnız son sutkada 9 nəfər ölüb, 41 nəfər yaralanıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.