Livanın “Hizbullah” şiə təşkilatının lideri Həsən Nəsrullah öldürülməzdən əvvəl İsrail onun Beyrut ətrafına yaxınlaşması ilə bağlı məlumatı İran casusundan alıb.
"Unikal" xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” qəzeti təhlükəsizlik güclərindəki Livan mənbələrinə istinadən məlumat yayıb.
“İsraillilərə günortadan sonra şiə liderinin gəlişi barədə İran köstəbəyi məlumat verib”, - deyə nəşr yazıb.
Qəzetin həmsöhbəti İsrailin Nəsrullahı öldürən hava hücumunu “2006-cı ildən bəri ən böyük hücum” adlandırıb.