Latviya prezidenti Edqars Rinkeviçs velosipeddən yıxılaraq sağ əlinin biləyini, sol əlinin barmağını sındırıb.
"Unikal" xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.
Məlumata görə, hadisə sentyabrın 28-də Rinkeviçlərin velosiped sürməsi zamanı baş verib. Yıxıldıqdan sonra dövlət başçısı tibbi yardıma müraciət edib, həkimlər əlinə gips vurublar.
Rinkeviçsin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Martins Dregerisin jurnalistlərə verdiyi məlumata görə, zədə dövlət başçısının işinə təsir etməyəcək. Qeyd olunub ki, Rinkeviç qarşıdakı həftənin gündəmində hər hansı dəyişiklik planlaşdırmır.