Sahibkar İlon Mask ABŞ-nin keçmiş lideri və qarşıdan gələn prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampı demokratiyanı xilas edə biləcək yeganə şəxs adlandırıb.
"Unikal" xəbər verir ki, bu barədə milyarder "X" səhifəsində məlumat verib.
Mask hesab edir ki, Tramp uduzsa, qarşıdan gələn prezidentlik yarışı sonuncu yarış ola bilər.
O vurğulayıb ki, Demokrat Partiyasının namizədi Kamala Harris seçkidə qalib gələrsə, onun fraksiyası miqrantların səsləri ilə liderliyə gedəcək.
"Belə bir vəziyyətdə ABŞ-da yeganə seçkilər Demokratik praymerizlər olacaq", - deyə Mask qeyd edib.