Yunanıstan şahzadəsi Teodora amerikalı hüquqşünas Metyu Kumarla evlənib.

"Unikal" xəbər verir ki, Afina Böyükşəhər Katedralində keçirilən toyda şahzadənin yaxın dostları və ailəsi iştirak edib. Aktrisa kimi də tanınan 41 yaşlı şahzadə Teodora 6 il nişanlı olduğu Kumar ilə toyunu COVID-19 epidemiyası və atası Kral Konstantinin ölümü səbəbindən iki dəfə təxirə salmalı olub.

Şahzadə "Instagram" mesajında ​​"Xoşbəxtliyimi və həyəcanımı ifadə etməyə söz tapa bilmirəm. Bu gözəl insanla evlənmək üçün səbirsizlənirəm" deyib.

Gülayə Mecid