Polşa prezidenti Andjey Duda səlahiyyət müddəti başa çatdıqdan sonra mühakimə olunacaq.
"Unikal" xəbər verir ki, bu barədə İrqçilik və Ksenofobik Davranışların Monitorinqi Mərkəzi açıqlayıb.
Bu qurum prezidentə qarşı “dövlətinin vətəndaşlarını təhqir etməkdə” ittiham edərək məhkəməyə müraciət edib.
Söhbət Dudanın ötən ilki çıxışından gedir, orada Aqneşka Ollandın Polşa-Belarus sərhədində baş verən hadisələrdən bəhs edən, Polşa sərhədçiləri və digər təhlükəsizlik qüvvələrini mənfi tərəfdən göstərən “Yaşıl sərhəd” filmini mənfi qiymətləndirib.
Duda o zaman demişdi ki, filmə baxandan sonra sensasiyalı film haqqında danışarkən polşalı sərhədçilərin “kinoteatrda ancaq donuzlar oturur” ifadəsini işlətməsinə təəccüblənməyib.
Ağarza Elçinoğlu