İsrailin cinayətkar əməllərinə cavab vermək üçün sərt tədbirlər görülməlidir.
"Unikal" xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian hökumətin iclasında çıxışı zamanı açııqlayıb.
O, Həsən Nəsrullahın ölümü ilə bağlı başsağlığı verib: "Bu, cinayət təşkilatının heç bir beynəlxalq prinsip və konvensiyaya əməl etmədiyini bir daha sübut edir. ABŞ və Avropa dövlətlərinin rəhbərlərinin vədləri yalan idi. Onlar İranın İsmayıl Haniyanın qətlinə reaksiya verməməsi qarşısında atəşkəs vəd ediblər. Belə cinayətkarlara fürsət verilməsi onları yeni cinayətlər törətməyə daha da həvəsləndirir. Livan azadlıq döyüşçüləri və mücahidləri bu mübarizədə tək buraxmamalı və bu qatil təşkilata hücum edərək günahsız qadın və uşaqları öldürməsinə icazə verilməməlidir. Bölgədəki cinayətkar təşkilatın vəhşilikləri ilə mübarizədə ərəb və islam ölkələrinin üzərinə böyük məsuliyyət düşür", - deyə Pezeşkian bildirib.
Ağarza Elçinoğlu