Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları İnquşetiyada (Rusiyanın respublikası. red) hüquq-mühafizə orqanlarına qarşı silsilə terror aktlarının və enerji obyektlərində təxribatın qarşısını alıblar .
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
Bildirilir ki, respublikanın ərazisində Maqas və Nəzran şəhərlərində enerji obyektlərində təxribat və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlar hazırlayan 8 yerli sakin aşkar edilib.
Həbs zamanı şübhəlilərdən biri silahlı müqavimət göstərib və zərərsizləşdirilib. Qalanları tutularaq FSB tərəfindən nəzarətə götürülüb.