Rusiya bu gün səhər saatlarında Krivoy Roqda polis idarəsini raket zərbəsi ilə vurub.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Bildirilir ki, zərbə nəticəsində inzibati bina dağılıb, yaxınlıqda yerləşən fərdi yaşayış evlərinə ziyan dəyib.
Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hücum nəticəsində Dnepropetrovsk vilayətində Milli Polis Baş İdarəsinin Krivoy Roq vilayət idarəsinin beşmərtəbəli binası qismən dağılıb: "Dağıntılar altında xilasetmə işləri davam edir. 5 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti orta ağırdır. Dörd nəfərin taleyi hələ ki, məlum deyil".
Ağarza Elçinoğlu