Azərbaycanda bəzi kolleclərə direktor müavinləri təyin edilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən "Unikal"a verilən məlumata görə, agentliyin müvafiq əmri ilə Elza Qurbanova Ağdaş Dövlət Humanitar Kollecinə, Firuzə Fərmanlı isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.