Vətəndaşların bank kartlarından pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı Cinayət Məcəlləsində nəzarət gücləndirilməlidir.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov VII çağırış parlamentin payız sessiyası üzrə sentyabrın 30-da keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, pensiya və əməkhaqqının mənimsəmək, götürüb xərcləməyin qarşısı qəti şəkildə alınmalıdır.
S.Novruzov əlavə edib ki, müəllimlərin də hüquqları müdafiə olunmalıdır:
“Hərə əlinə bir telefon götürüb müəllimi çəkir. Ola bilsin ki, müəllimlərin də arasında pisləri olsun. Amma müəllim şagirdə söz deyəndə valideynin onun üstünə hücum çəkməsi, müəllimin cəzalandırılması halları olmamalıdır. Onlar xalqın övladlarına dərs verir, öyrədir. Ola bilər ki, müəllim hansısa ifadəni düz demir, amma onun hüquqları müdafiə olunmalıdır”.