İnternet üzərindən gələn təhdidlərlə bağlı qanunvericiliyə mütləq dəyişiklik edilməlidir. 

“Unikal” xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa VII çağırış parlamentin payız sessiyası üzrə sentyabrın 30-da keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib. 

O qeyd edib ki, hibrid təhlükələr bu gün Azərbaycan üçün ciddi narahatlığa çevrilib:

“Artıq xaricdə yaşayanlar silahla deyil, sosial şəbəkə üzərindən ciddi təhlükə yaradır. Bu istiqamətdə qanunvericilik bazasının daha da təkmilləşdirmək barədə düşünməliyik”.