Rusiya Hizbullah liderinin öldürülməsini və bölgədə sabitliyin pozulmasına səbəb olan Livana zərbələri pisləyir.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, Yaxın Şərqdə böyük müharibənin başlamasının risklərini yüksək adlandırıb.
"Livandakı bombardmanlar çoxlu sayda itki ilə nəticələnir. Bu, istər-istəməz, Qəzzada gördüyümüz kimi humanitar fəlakətə gətirib çıxaracaq", - Peskov bildirib.
Sentyabrın 28-də Hizbullahın lideri Həsən Nəsrullah Beyrutun cənubundakı təşkilatın yeraltı qərargahına İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcının endirdiyi hava zərbəsi nəticəsində öldürülüb. Məlumatı qurumun özü də təsdiqləyib. Nəsrullahın öldürülməsi əməliyyatı zamanı İsrail Beyrutun cənub ətrafına 85 tonluq bomba atıb.