ABŞ-nin cənub-şərqini vuran güclü Helen qasırğası ən azı 116 nəfərin həyatına son qoyub.
"Unikal" xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Ən çox zərər çəkmiş ştatlardan biri olan Şimali Karolina ştatının Buncombe qraflığında indi ən azı 30 nəfərin öldüyü məlumdur.
Şimali Karolina ştatında 4-75 yaş arası cəmi 46 nəfər ölüb. Qubernator Roy Kuperin sözlərinə görə, su basmış yolda toqquşma nəticəsində bir nəfər ölüb, digəri isə ağacın onun üzərinə aşması nəticəsində həlak olub.