Ukrayna Silahlı Qüvvələri (AFU) Kursk istiqamətində 18 900-dən çox hərbi qulluqçusunu itirib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Rusiya Silahlı Qüvvələri Ukrayna qruplarını məğlub etməkdə davam edir. Beləliklə, Şimal qoşun qrupunun bölmələri Lyubimovka, Daryino, Novı Put, Nikolaevo-Daryino və Plexovo yaşayış məntəqələri ərazisindəki Ukrayna birləşmələrinə hücum edib. Gün ərzində Ukrayna Silahlı Qüvvələrinin 400-dən çox hərbçi və doqquz zirehli texnika, o cümlədən bir tankının itkisi qeydə alınıb.
Gülayə Mecid