Sentyabrın 30-na keçən gecə İsrailin Livanın Bekaa əyalətinin Əl-Hirmil qəsəbəsinə endirdiyi zərbələr nəticəsində 12 nəfər ölüb, daha 20 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb. 

Sentyabrın 30-na keçən gecə İsrail ordusu Livanın Bekaa əyalətində “Hizbullahın onlarla hədəfinə” hücum etdiyini açıqlayıb.