Harvard Universitetinin doktorantı Nik Norvitz yumurta istehlakının xolesterola təsirini yoxlamaq üçün qeyri-adi təcrübə aparıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bir ay ərzində gündə 24 yumurta yeyən, cəmi 720 yumurta istehlak edən Norvitz, yüksək yumurta istehlakının xolesterol səviyyələrinə necə təsir etdiyini araşdırıb. 

Dr. Norvitz, məşhur inancın əksinə olaraq, həddindən artıq yumurta istehlakının "pis xolesterol" olaraq bilinən LDL səviyyələrini artırmadığını kəşf edib. Bunun əksinə olaraq, təcrübənin sonunda LDL səviyyələri 18% azalıb. Təcrübə boyu qan dəyərlərini mütəmadi olaraq izləyən alim gözlədiyindən çox fərqli nəticələrlə qarşılaşıb.

Gəncin tapıntıları yumurta istehlakının ürək xəstəliyi riskini artıracağına dair geniş yayılmış nəzəriyyələrə qarşı çıxıb. Bir çox alim və həkim yumurtaların damarlarda lövhə yığılmasına səbəb olaraq ürək xəstəliyi riskini artıra biləcəyini müdafiə edir. Lakin bu təcrübə göstərdi ki, pəhriz xolesterolu həmişə zərərli nəticələr vermir.