İsrailin xüsusi təyinatlı qüvvələri Livanın cənubunda mümkün quru müdaxiləsinə hazırlıq məqsədilə kəşfiyyat əməliyyatları aparır.

"Unikal" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) öz mənbələrinə istinadən məlumat yayıb.

"İsrail xüsusi təyinatlıları Livanın cənubunda kiçik, məqsədyönlü reydlər həyata keçirir, kəşfiyyat məlumatı toplayır və bu həftənin əvvəlində baş verə biləcək daha geniş yerüstü işğaldan əvvəl ərazini tədqiq edir", - nəşr yazıb. 

Qeyd edildiyi kimi, bu hərəkətlər münaqişənin genişlənməsinin qarşısını almaq üçün beynəlxalq səylərə baxmayaraq həyata keçirilir.

Gülayə Mecid