Ukrayna prezidenti Volodimir Zelenski ölkəsindəki resurslarla bağlı problemlərə görə Rusiya Federasiyası ilə sülh danışıqlarına hazırlaşmağa başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə İspaniyanın "El Pais" qəzeti yazır.
Materialda Kiyevin enerji sektorunda ciddi çətinliklərlə üzləşdiyi qeyd edilir. Jurnalistlər, dövlətin qarşıdan gələn qışa tamamilə hazır olmadığı bildirir.
"Ukrayna vətəndaşlarının mənəviyyatı zəifləməyə başladı. Danışıqların xeyrinə Kiyevə kənar təzyiqlər artır”, - məqalədə deyilir.
Gülayə Mecid