Rusiya hərbçiləri Ukraynanın şərqindəki Nelepovka kəndini ələ keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada Donetsk vilayətinin Nelepovka kəndinin tutulduğu bildirilir.

Rusiya hərbçiləri cəbhənin bu hissəsində Ukrayna Silahlı Qüvvələrinin 9 hücumunu dəf etdiyini qeyd edib.