İsrailin müdafiə naziri Yoav Qalant Livanın "Hizbullah" hərəkatına qarşı hərbi əməliyyatın “növbəti mərhələsinin” tezliklə başlandığını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, bu, "Hizbullah" bölmələrinin Livan ərazisindən davamlı atəş açması nəticəsində təxliyə üsilən İsrailin şimalındakı yaşayış məntəqələrinin sakinlərinin geri qayıtması üçün şəraitin yaradılmasında mühüm rol oynamalıdır.

"Qarşıdurma xəttində (Livanla həmsərhəd bölgələr) şuraların [yaşayış məntəqələrinin] başçıları ilə görüşdə vurğuladım ki, Hizbullaha qarşı müharibənin növbəti mərhələsi tezliklə başlayacaq və bu, müharibənin məqsədinə çatmaq - şimal sakinlərinin evlərinə qayıtması üçün mühüm amil olacaq".