Ermənistanda baş verən ağır yol qəzasında dördü uşaq olmaqla 9 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qəza Araqatsotn rayonunun Nerkin Bazmaberd kəndi yaxınlığında baş verib. “Mercedes-Benz” və “Ford” markalı avtomobillər toqquşub.

Sürücülərdən birinin vəziyyəti ağırdır.