Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə sentyabrın 29-da Bərdə-Ağdam avtomobil yolunun Tərtərin Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxaraq dəmir dirəyə çırpılıb. Qəza nəticəsində 2 nəfər ölüb, 3-ü isə yaralanıb.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Anar Kəlbiyev