Livanın Səhiyyə Nazirliyi İsrail hava qüvvələrinin bazar ertəsi Beyrut, şimal və cənub yaşayış məntəqələri, ölkənin şərq və şimal-şərqində, sərhədə yaxın Baalbek və Hermel şəhərlərinin kənarlarında həyata keçirdiyi aviazərbələr nəticəsində itkilər barədə məlumat yayıb. 

"Unikal" xəbər verir ki, "X"də yerləşdirilən hesabatda ölənlərin sayının 95 nəfər olduğu, 172 nəfərin yaralandığı bildirilir.

Bazar günü İsrailin bombardmanı nəticəsində 132 livanlı ölüb, 359 nəfər yaralanıb.