Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turu başa çatacaq.
"Unikal" xəbər verir ki, futbol azarkeşləri 9 oyuna şahidlik edəcəklər.
Almaniyanın “Bavariya” komandası İngiltərədə “Aston Villa”nın qonağı olacaq. “Liverpul” (İngiltərə) evdə “Bolonya”nı (İtaliya) sınağa çəkəcək. İtaliyanın digər təmsilçisi “Yuventus” isə səfərdə “Leyptsiq”lə (Almaniya) üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
II tur
2 oktyabr
20:45. "Şaxtyor" (Ukrayna) - "Atalanta" (İtaliya)
20:45. "Jirona" (İspaniya) - "Feyenoord" (Niderland)
23:00. "Liverpul" (İngiltərə) - "Bolonya" (İtaliya)
23:00. "Leyptsiq" (Almaniya) - "Yuventus" (İtaliya)
23:00. "Benfika" (Portuqaliya) - "Atletik" (Bilbao, İspaniya)
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Monako" (Fransa)
23:00. "Lill" (Fransa) - "Real" (İspaniya)
23:00. "Aston Villa" (İngiltərə) - "Bavariya" (Almaniya)
23:00. "Şturm" (Avstriya) - "Brügge" (Belçika)
Qeyd edək ki, Liqa mərhələsinin III turu oktyabrın 22-də start götürəcək.