İspaniya öz vətəndaşlarını Livandan çıxarmaq üçün iki hərbi təyyarə göndərəcək.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Marqarita Robles bildirib.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin (IDF) ərəb dilli nümayəndəsi Avichai Edri İsrail ordusunun “Livanın cənubunda şiddətli döyüşlər” apardığını bildirib. O vurğulayıb ki, İsrail hakimiyyəti yerli sakinlərə öz təhlükəsizlikləri üçün Litani çayının cənubuna getməməyi qətiyyətlə tövsiyə edir.
Oktyabrın 2-də Livanın şiə hərəkatı "Hizbullah" İsrailin Livanda quru əməliyyatına başladıqdan sonra ilk dəfə olaraq ölkənin cənubundakı Odais kəndi yaxınlığında İsrail ordusunun (IDF) piyadaları ilə döyüşə girdiyini açıqlayıb .