ABŞ dövlət katibi Entoni Blinken NATO-nun yeni baş katibi Mark Rutte ilə ilk telefon danışığını keçirib.
"Unikal" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Nəşrin yazdığına görə, Blinken və Rutte Kiyevə davamlı dəstəyi, o cümlədən NATO-nun Ukraynaya təhlükəsizlik yardımı və təlim proqramları vasitəsilə dəstəyi müzakirə ediblər.
Tərəflər həmçinin, Şimali Atlantika Alyansının Hind-Sakit Okean regionundakı tərəfdaşları və NATO-nun cənubundakı ölkələrlə əlaqələrinin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.