ABŞ-də ağır cinayətdə təqsirli bilinən qardaşlar 24 ilə yaxın həbsdən sonra bəraət alıblar.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 1987-ci Viskonsin ştatının Green Bay şəhərində bir barda işləyən iki uşaq anası Sandra Leeson yox çıxıb. Qadın itkin düşdükdən 10 il sonra onun qalıqları tapılıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Belə ki, Oşkoş İslah Müəssisəsinin mühafizəçisi Sandra Leesonun qətlini iki qardaş tərəfindən törədildiyini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, 1987-ci ildə iki qardaş qadının işlədiyi barda olublar və onunla söhbət ediblər.
2000-ci ildə Binz qardaşları həbs olunub və ömürlük həbs cəzasına məhkum ediliblər, baxmayaraq ki, ittiham yalnız mühafizəçinin dedi-qodularına əsaslanıb və heç bir maddi sübut olmayıb.
Devid və Robert Binz qardaşları 2023-cü ildə DNT testi sayəsində günahsız olduqları ortaya çıxıb. Viskonsin ştat məhkəməsi qeyri-qanuni həbsə görə qardaşlara "beş il ərzində ildə 5000 dollar" ödəyəcək, buna görə də hər bir qardaş maksimum 25.000 dollar alacaq.
Gülayə Mecid