Almaniya Ermənistanın etibarlı və sabit tərəfdaşlarından biridir.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya Federativ Respublikasının kansleri Olaf Şoltsa milli bayram – Birlik Günü münasibətilə təbrik məktubunda yazıb.
"Biz dövlətlərimiz arasında yüksək səviyyəli siyasi dialoqu yüksək qiymətləndirir və suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan regionumuzda sülh və sabitliyin bərqərar olması prosesində Almaniyanın səylərini yüksək qiymətləndiririk", - deyə Paşinyan qeyd edib.
Ağarza Elçinoğlu