İsrailin Suriyanın paytaxtı Dəməşqdə bir müddət əvvəl öldürülən Hizbullah baş katibi Həsən Nəsrullahın kürəkənini öldürdüyü açıqlanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Nəsrullahın kürəkəni Həsən Kasirin dünən Dəməşqin Mezzeh rayonunda İsrail hava qüvvələrinin 3 mərtəbəli binaya endirdiyi zərbə nəticəsində həlak olduğu bildirilib.
Həmçinin, Kasirin həm də dünən İsrail ordusu tərəfindən Livanın paytaxtı Beyruta endirdiyi hava hücumunda öldürülən Hizbullahın yüksək səviyyəli komandiri Məhəmməd Cəfər Kasirin qardaşı olduğu qeyd olunub.
Qeyd edək ki, Dəməşqə hava hücumu nəticəsində 3 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Zərifə Nağıyeva